Üç dəqiqədən sonra əvəzlənib, baş məşqçiyə hücum çəkib - VİDEO

Xəbərlər
10 Dekabr 2024 18:00
249
Üç dəqiqədən sonra əvəzlənib, baş məşqçiyə hücum çəkib - VİDEO

Misir çempionatının ikinci liqasında qeyri-adi hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, “Al-Mansura” klubunun futbolçusu təkrar əvəzlənmədən sonra göz yaşlarını saxlaya bilməyib.

69-cu dəqiqədə oyuna daxil olan Ahmed Abdel Vahed Şahin 72-ci dəqiqədə əvəzlənib. Baş məşqçinin qərarından narazı qalan futbolçu uzun müddət meydandan çıxmamağa çalışıb. Nə baş verdiyini dərk etməyən futbolçu meydandan ağlaya-ağlaya çıxıb və soyunub-geyinmə otağına yollanarkən baş məşqçisinə nələrsə deyib. Bir an sonra qaçaraq geri dönən Şahin baş məşqçi Alaa Nuhun üzərinə hücum çəkib və onu döyməyə çalışıb.

Qeyd edək ki, qarşılaşma “Al-Mansura”nın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

İdman.biz