"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya klubu ilə müqaviləsinin müddətini uzatmağa yaxındır.
İdman.biz xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Tərəflər arasında hazırkı müqavilə 2027-ci ilə kimidir. Yeni anlaşmaya əsasən, klub rəhbərliyi Kvaratsxeliyanın maaşını, bonuslar da nəzərə alınmaqla, illik 4,6 milyon avrodan 6 milyona yüksəldəcək. Müqavilə 2029-cu ilə qədər nəzərdə tutulacaq.
İdman.biz