PSJ-nin 8 futbolçusu "ilk 10-luq"da

Xəbərlər
10 Dekabr 2024 21:25
171
PSJ-nin 8 futbolçusu "ilk 10-luq"da

Nüfuzlu “Transfermarkt” internet portalı Fransa çempionatının ən dəyərli futbolçularının siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıda PSJ-nin 8 futbolçusu yer alıb.

Fransa çempionunun oyunçuları ardıcıl 8 pillədə qərarlaşıblar. Cədvələ Bredli Barkola başçılıq edib. Onun dəyəri 65 milyon avrodur.

Siyahıda yalnız "Lill" və "Monako"nun futbolçuları düşə biliblər.

Fransa çempionatını ən bahalı 10 futbolçusu:

1. Bredli Barkola (PSJ) – 65 milyon avro;
2. Uorren Zair-Emeri (PSJ) - 60 milyon avro;
3. Joao Neveş (PSJ) – 60 milyon avro;
4. Əşraf Hakimi (PSJ) - 60 milyon avro;
5. Nuno Mendes (PSJ) - 55 milyon avro;
6. Vitinya (PSJ) - 55 milyon avro;
7. Usman Dembele (PSJ) - 55 milyon avro;
8. Qonçalo Ramos (PSJ) – 50 milyon avro;
9. Conatan David (Lill) - 50 milyon avro;
10. Maqnes Akliuş (Monako) – 50 milyon avro.