“Qarabağ”ın İsveçdəki son məşqinin vaxtı bəlli olub

Xəbərlər
11 Dekabr 2024 09:20
127
“Qarabağ”ın İsveçdəki son məşqinin vaxtı bəlli olub

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində “Elfsborq”a (İsveç) qarşı keçirəcəyi matçdan öncə təşkil ediləcək mətbuat konfransı və açıq məşqin vaxtı məlum olub.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək bugünkü mətbuat konfransı Bakı vaxtı ilə 21:40-da baş tutacaq. Saat 22:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qeyd edək ki, dekabrın 12-dən 13-nə keçən gecə baş tutacaq “Elfsborq” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İdman.biz