Prezidentin nəvələri Messi ilə görüşüblər

Xəbərlər
11 Dekabr 2024 12:49
337
Prezidentin nəvələri Messi ilə görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyevin nəvələri Əli, Mikayıl və Əminə Ağalarovlar Bakıda səfərdə olan ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba ilə görüşüblər.

İdman.biz xəbər verir ki, onlar bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Ağalarovlar paylaşımda qeyd ediblər ki, Azərbaycana xoş gəlmisiz.

Messi, Suares, Buskets bu gün Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.

İdman.biz