Əfsanəvi Lionel Messi və dünya ulduzları ilə görüşə həsr olunan tədbir başlayıb - VİDEO

Xəbərlər
11 Dekabr 2024 14:31
151
Əfsanəvi Lionel Messi və dünya ulduzları ilə görüşə həsr olunan tədbir başlayıb - VİDEO

Futbol əfsanəsi, ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Jordi Albanın görüşünə həsr olunan tədbir başlayıb.

İdman.biz xəbər verir ki, pərəstişkarların dünya futbolunun ulduzları ilə görüşündən əvvəl səhnədə “Natiq” ritm qrupunun çıxışı olub.

Daha sonra dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) konsert proqramını təqdim edib.

Tədbirin gedişatında dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülən Lionel Messinin futbol karyerasını əks etdirən filmin nümayiş olunub.

Qeyd edək ki, tədbirə bilet satışından əldə olunan vəsait isə xeyriyyə məqsədinə yönəldiləcək.

Aytac Sahəd
İdman.biz

Məqalədə: