Lionel Messi və dostları Bakıda Heydər Əliyevin xatirəsini anıblar - FOTO

Xəbərlər
11 Dekabr 2024 14:52
181
Lionel Messi və dostları Bakıda Heydər Əliyevin xatirəsini anıblar - FOTO

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba Bakıdakı Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

İdman.biz Oxu.Az-a istinadən xəbər verir ki, onlar Ümummilli Liderin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.

Lionel Messi və dostlarını iş adamı Adnan Əhmədzadə müşayiət edib.

İdman.biz

Məqalədə: