Bakıda səfərdə olan əfsanəvi futbolçu Lionel Messi Bakı Kristal Hallda fanatları ilə görüşünə həsr olunan əyləncəli mərasimdə çıxış edib.
İdman.biz xəbər verir ki, Lionel Messi bugünkü görüşün təşkilini təşəkkürlə qarşılayıb.
Argentinalı ulduz bu cür isti qarşılamaya görə təşəkkürünü bildirib: "İlk dəfədir ki, Azərbaycandayam. Dəstək üçün təşəkkür edirəm. Bakıya budəfəki səfərimdə Azərbaycanın mədəniyyəti və insanları ilə tanış oldum. Mən özümün və komanda yoldaşlarım adından bu görüşün təşkilinə görə hər kəsə təşəkkür edirəm. Dəstək və qonaqpərvərlik çox yaxşıdır. Çox sağ olun!"
İdman.biz