Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində - FOTO

Xəbərlər
11 Dekabr 2024 16:51
182
Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində - FOTO

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Heydər Əliyev Mərkəzində olublar.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.

Lionel Messi və komanda yoldaşları "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı xalça kolleksiyası, "Klassik avtomobil sərgisi" və digər ekspozisiyalarla tanış olublar.

İdman.biz