Çempionlar Liqasında mərhələ adlamaq problemə səbəb olub

Xəbərlər
11 Dekabr 2024 17:59
140
Çempionlar Liqasında mərhələ adlamaq problemə səbəb olub

Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edən “Brest” stadion axtarışına başlayıb.

İdman.biz xəbər verir ki, Fransa klubunun ev oyunlarını keçirdiyi “Stad du Ruduru” növbəti mərhələnin tələblərinə cavab vermir.

Bu üzdən klub rəhbərliyi matçların “Stad de Frans”da keçirilməsini istəyir. Arenanın rəhbərliyi ilə danışıqlara başlayıb.

“Brest” “Renn”in “Roazon Park” stadionunda oynamaq variantını da nəzərdən keçirir. Klub rəhbərliyi öz arenasında yenidənqurma işləri aparmaq üçün vaxtın az olduğu qənaətindədir.

Qeyd edək ki, Fransa təmsilçisi məsələ ilə bağlı UEFA ilə də məsləhətləşmələr aparır.

İdman.biz

Məqalədə: