"Məncə, "Qarabağ" haqqında eşidənlər onun hansı uğurlara imza atdığını yaxşı bilirlər".
İdman.biz xəbər verir ki, bunu "Elfsborq"un idman direktoru Stefan Andreasson UEFA Avropa Liqasında qarşılaşacaqları "Qarabağ"la oyun haqqında danışarkən deyib.
O, sabah keçiriləcək matçda meydan sahiblərinin 2:0 hesablı qələbəsini proqnozlaşdırıb: "Avropa Liqasındakı matçlarımız bizim istənilən rəqiblə oynamaq gücündə olduğumuzu sübuta yetirib. Sabahkı oyunda bizim favorit olduğumuzu demək gülüncdür. Çünki rəqib komanda fərqli heyət və təcrübəyə malikdir. Biz oyuna maksimum köklənməliyik. Bundan başqa azarkeşlərin dəstəyinə ehtiyacımız var. Bir az da şanslı olmaq lazımdır. Şəxsən mən optimist əhval-ruhiyyədəyəm. "Elfsborq"un "Qarabağ"a 2:0 hesabı ilə qalib gələcəyinə inanıram".
Qeyd edək ki, "Qarabağ" 5 oyunda 3, "Elfsborq" isə 4 xal toplayıb.
İdman.biz