"Elfsborq" - "Qarabağ" matçına 7000-ə yaxın bilet satılıb

Xəbərlər
12 Dekabr 2024 00:48
130
"Elfsborq" - "Qarabağ" matçına 7000-ə yaxın bilet satılıb

UEFA Avropa Liqasında 6-cı turun "Elfsborq" - "Qarabağ" matçına 7000-ə yaxın bilet satılıb.

İdman.biz xəbər verir ki, bu barədə İsveç klubunun idman direktoru Stefan Andreasson deyib.

İsveç mətbuatına müsahibə verən klub rəsmisi bu gün keçiriləcək oyunda təxminən 8000-9000 azarkeşin gəlməsini gözləyir. O, dekabr ayı üçün bu rəqəmin heç də pis olmadığını etiraf edib. Andreasson turnirin əvvəlki turlarında ev oyunları zamanı tribunalarda 7-8 min nəfərin yer aldığını bildirib.

Qeyd edək ki, "Boras Arena"nın tamaşaçı tutumu 16200 nəfərdir.

İdman.biz