Azarkeşləri “Qarabağ”ı ziyana salıb

Xəbərlər
12 Dekabr 2024 13:15
146
Azarkeşləri “Qarabağ”ı ziyana salıb

AFFA-nın İntizam Komitəsi “Qarabağ”ı cəzalandırıb.

İdman.biz xəbər verir ki, buna Ağdam klubunun azarkeşlərinin davranışı səbəb olub.

Misli Premyer Liqasında XVI turun “Sabah” – “Qarabağ” oyununda qonaqların azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Ağdam klubu 500 manat cərimə edilib. Fanatların pirotexniki vasitədən istifadə etməsi “Qarabağ”ı daha 1500 manat ziyana salıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

İdman.biz

Məqalədə: