“Qarabağ”ın AFFA-nı təhqir edən məşqçisi cəzalanıb

Xəbərlər
12 Dekabr 2024 13:35
149
“Qarabağ”ın AFFA-nı təhqir edən məşqçisi cəzalanıb

“Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov cəzalanıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi çıxarıb.

Azərbaycan millisinin sabiq futbolçusu U-17 Liqasında keçirilən “Sabah” –“Qarabağ” oyunundakı davranışına görə cəza alıb. O, qarşılaşmanın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalanıb. Komitə Sadiqovu 5 oyunluq diskvalifikasiya edib.

İdman.biz