AFFA aşağı yaş qrupları üzrə liqalarda çalışan bəzi məşqçiləri cəzalandırıb.
İdman.biz xəbər verir ki, buna çalışdırıcıların hərəkətləri səbəb olub.
U-14 Liqasında çıxış edən “Xudat City”nin baş məşqçisi Rizvan Osmanov “Məhəllə uşaqları” ilə matçın 25-ci dəqiqəsində hakimin qərarına etiraz üçün ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılıb.
“Zaqatala”nın baş məşqçisi Nəsib Əliyev U-13 Liqasının “Kürmük”lə (Qax) qarşılaşmasının 50-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyunluq diskvalifikasiya olunub.
“Araz”ın (Saatlı) baş məşqçi köməkçisi Zəkəray Atakişiyev U-14 Liqasının “Mil”lə (Beyləqan) oyunu bitdikdən sonra hakimə kəskin şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə aldığı üçün 2 matçlıq cəzalandırılıb.
“Şirvanovka”nın baş məşqçisi Habil Nurəhmədova U-13 Liqasının UGİM-lə (Siyəzən) görüşünün 51-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyunluq cəza verilib.
İdman.biz