Argentina kubokunun finalında xoşagəlməz hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, “Veles Sarsfield”in “Sentral Kordoba”ya (0:1) uduzması azarkeşləri özündən çıxarıb.
Narazı fanatlar futbolçuları təhqir ediblər. Stadionda oyunu izləyən futbolçuların ailələri və yaxınları azarkeşlərin təhqirlərinə biganə qalmayıblar. Tərəflər arasında yaranmış mübahisə sonradan davaya çevrilib.
Bu zaman “Veles Sarsfield”in futbolçuları yaxınlarını qorumaq üçün tribunalara axışıblar. Hadisə nəticəsində 2 qadının yaralandığı bildirilir.
Davaya müdaxilə edən klub prezidenti Fabian Berlanq da hücuma məruz qalaraq yıxılıb.
İdman.biz