DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
İdman.biz xəbər verir ki, Rusiyanın buraxılmadığı seçmə mərhələnin 54 iştirakçısı 12 qrupa bölünüb.
Bunlardan altısında 4, altısında 5 komanda yer alıb.
Püşkatmada 46 milli komandanın qrupu dəqiqləşib.
Millətlər Liqasında kubok uğrunda mübarizəni davam etdirən səkkiz yığma 1/4 final mərhələsinin cütlərinin qalibləri və məğlubları ayrı-ayrı qruplara daxil edilib.
A qrupu
Almaniya - İtaliya cütünün qalibi
Slovakiya
Şimali İrlandiya
Lüksenburq
B qrupu
İsveçrə
İsveç
Sloveniya
Kosovo
C qrupu
Portuqaliya – Danimarka cütünün məğlubu
Yunanıstan
Şotlandiya
Belarus
D qrupu
Fransa – Xorvatiya cütünün qalibi
Ukrayna
İslandiya
Azərbaycan
E qrupu
İspaniya – Niderland cütünün qalibi
Türkiyə
Gürcüstan
Bolqarıstan
F qrupu
Portuqaliya - Danimarka cütünün qalibi
Macarıstan
İrlandiya
Ermənistan
G qrupu
İspaniya – Niderland cütünün məğlubu
Polşa
Finlandiya
Litva
Malta
H qrupu
Avstriya
Rumıniya
Bosniya və Herseqovina
Kipr
San Marino
İ qrupu
Almaniya – İtaliya cütünün məğlubu
Norveç
İsrail
Estoniya
Moldova
J qrupu
Belçika
Uels
Şimali Makedoniya
Qazaxıstan
Lixtenşteyn
K qrupu
İngiltərə
Serbiya
Albaniya
Latviya
Andorra
L qrupu
Fransa – Xorvatiya cütünün məğlubu
Çexiya
Monteneqro
Farer adaları
Cəbəllütariq
***
09:28
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.
İdman.biz xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.
Rusiyanın buraxılmadığı yarışa qatılacaq 54 iştirakçı 12 qrupa bölünəcək. Bunlardan altısında 4, altısında 5 komanda yer alacaq.
Püşkatma zamanı yığmalar 5 səbətdə olacaq. Bunların dördündə 12, sonuncusunda 6 komanda yer alıb. Azərbaycan yığması 4-cü “12-liy”ə daxil edilib.
1-ci səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya;
2-ci səbət: Türkiyə, Ukrayna, Uels, İsveç, Serbiya, Macarıstan, Polşa, Yunanıstan, Rumıniya, Norveç, Çexiya, Slovakiya;
3-cü səbət: Şotlandiya, İsrail, Bosniya və H., Sloveniya, Gürcüstan, İslandiya, İrlandiya, Albaniya, Monteneqro, Finlandiya, Ş.Makedoniya, Ş.İrlandiya;
4-cü səbət: Qazaxıstan, Kosovo, Bolqarıstan, Ermənistan, Belarus, Farer a., Kipr, Estoniya, Latviya, Lüksemburq, AZƏRBAYCAN, Litva;
5-ci səbət: Moldova, San Marino, Malta, Cəbəllütariq, Lixtenşteyn, Andorra.
Qeyd edək ki, 2025-ci ildə keçiriləcək seçmə mərhələnin qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. 2-ci yer sahibləri Millətlər Liqasından gələcək 4 komanda ilə birlikdə pley-offda son 4 vəsiqə üçün mübarizə aparacaq.
İdman.biz