Fernandu Santuş DÇ-2026-nın püşkatmasında

Xəbərlər
13 Dekabr 2024 09:56
115
Fernandu Santuş DÇ-2026-nın püşkatmasında

Bu gün İsveçrənin Sürix şəhərində DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş, AFFA-nın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və A millinin direktoru İlqar Qurbanov iştirak edəcəklər.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatma mərasimi “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

İdman.biz

Məqalədə: