"Sumqayıt"da ayrılıq yaşanıb.
İdman.biz xəbər verir ki, Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın rəsmi fanklubunun rəhbəri Sənan Mirzəyev işindən uzaqlaşdırılıb.
Buna səbəb isə Premyer Liqanın XVI turu çərçivəsində keçirilən "Sumqayıt" - "Neftçi" matçında yaşananlar olub.
Qeyd edək ki, sözügedən görüşdə sumqayıtlı fanatlar "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun ünvanına xoşagəlməz şüarlar səsləndiriblər. Oyundan bir gün sonra isə "UltraSumqayıt" azarkeş qrupu bəyanat yayaraq, Abasovdan və ailə üzvlərindən üzr istəyib.
İdman.biz