Sərxan Hacıyev: “Santuşun getməsi hazırda gündəmdə deyil"

Xəbərlər
13 Dekabr 2024 12:48
310
Sərxan Hacıyev: “Santuşun getməsi hazırda gündəmdə deyil"

"Fernandu Santuşun getməsi hazırda gündəmdə deyil".

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O, Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuşun postundan gedəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib: “Hazırda Fernandu Santuş AFFA rəsmiləri ilə birlikdə dünya çempionatının püşkatma mərasimimdədir. Bir sözlə, Santuş hazırda işinin başındadır".

Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Aytac Sahəd
İdman.biz