Azərbaycanlı futbolçular Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Ankara təmsilçisi 16-cı turda "Manisa" ilə qarşılaşıb.
Renatın komandası gözlənilmədən doğma azarkeşlər qarşısında məğlub olub. Qonaqlar görüşü 1:0 hesabı ilə üstün bitiriblər. Dadaşov zədədən sonra ilk dəfə forma geyinmək şansı əldə edib. O, 82-ci dəqiqə meydana çıxıb.
Qeyd edək ki, "Ankaragücü" 23 xalla 6-cı pillədə qərarlaşıb.
İdman.biz