Vadim Vasilyev özünə iş tapıb: “Bu anı gözləyirdim”

Xəbərlər
14 Dekabr 2024 11:12
79
Vadim Vasilyev özünə iş tapıb: “Bu anı gözləyirdim”

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev II Liqada çıxış edən “Şəfa”da köməkçi məşqçi işləyəcək.

Bunu İdman.biz-ə veteran hücumçunun özü deyib.

Bu il fevralın əvvəlində insult keçirən 51 yaşlı Vasilyev bildirib ki, artıq işləməyə hazırdır: “Baş məşqçinin köməkçisi kimi çalışacam. Bütün məsələləri klub rəhbərliyi ilə razılaşdırmışıq. Əmək haqqı da məni qane edir. Təbii ki, evdə boş-boş oturmaqdan yaxşıdır. Aylardır işsizəm, bu təklif çox yaxşı oldu. Artıq 1-2 günə işə başlayacam. Sevincliyəm, çünki neçə vaxtdır bu anı gözləyirdim”.

Onun sözlərinə görə, artıq səhhəti ilə bağlı durumda əvvəlkinə nisbətən çox daha yaxşıdır: “Müalicəmi davam etdirirəm. Fizioterapiyaya gedirəm. Artıq hər şey yavaş-yavaş geridə qalır”.

Qeyd edək ki, “Şəfa” 12 turdan sonra turnir cədvəlində 31 xalla ikinci yerdə qərarlaşıb. Komanda lider “Şahdağ Qusar”dan 5 xal geri qalır.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: