"Araz-Naxçıvan"ın cari mövsümdə uğurlu çıxışında müstəsna xidməti olan İqor Ribeyro Premyer Liqanın digər iddialı klublarının maraq dairəsinə düşüb.
İdman.biz xəbər verir ki, Sport24.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" və "Neftçi" braziliyalı müdafiəçinin xidmətində maraqlıdır.
Ancaq bu məsələdə "Qarabağ" daha şanslı görünür. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov Ribeyronun oyununu çox bəyənir və onu komandasında görmək istəyir. 28 yaşlı futbolçunun Naxçıvan təmsilçisi ilə müqaviləsinin müddətinin 2025-ci ilin iyununda başa çatacaq.
Qeyd edək ki, karyerası ərzində vətəni ilə yanaşı, Paraqvayda legioner həyatı yaşamış müdafiəçi 2023-cü ildən "qırmızı-ağlar"ın formasını geyinir. Ribeyro cari mövsümdə 16 matçda meydana çıxıb.
İdman.biz