“Araz-Naxçıvan” – “Sabah” oyununda az qol vurulacaq?

Xəbərlər
14 Dekabr 2024 12:52
137
“Araz-Naxçıvan” – “Sabah” oyununda az qol vurulacaq?

Misli Premyer Liqasının XVII turunun ilk günü “Araz-Naxçıvan” – “Sabah” matçı ilə başa çatacaq.

İdman.biz xəbər verir ki, ilk dəfə ötən mövsüm qarşılaşan rəqiblər 6-cı dəfə üz-üzə gələcəklər.

Əvvəlki görüşlərdə Bakı klubu 2, Naxçıvan təmsilçisi 1 qələbə qazanıb. Digər iki oyun sülhlə bitib.

“Sabah” top fərqində də öndədir – 5-4. Paytaxt təmsilçisi son 3 görüşdə uduzmayıb. “Araz-Naxçıvan”ın meydanında qol vuran komanda qalib gəlib. Bütün görüşlərdə 2 və ya daha az qol vurulub.

07.10.2023

Sabah - Araz-Naxçıvan

1:1

15.12.2023

Araz-Naxçıvan - Sabah

2:0

02.03.2024

Sabah - Araz-Naxçıvan

2:0

05.05.2024

Araz-Naxçıvan - Sabah

0:1

05.10.2024

Sabah - Araz-Naxçıvan

1:1

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” oyunu bu gün saat 16:30-da başlayacaq.

İdman.biz