Misli Premyer Liqasının XVII turunu ikinci günü Zirədə başlayacaq.
İdman.biz xəbər verir ki, “Zirə” öz meydanında “Turan Tovuz”la üz-üzə gələcək.
Bu, rəqiblərin çempionatda 10-cu dueli olacaq. İndiyədək 5 qələbə qazanan Bakı klubu 1 heç-heçə edib və 3 dəfə uduzub. Top fərqi də bu üstünlüyü əks etdirir - 13-10.
“Turan Tovuz” son 6 oyunu qolsuz tərk etməyib. “Zirə”nin ev matçlarında hər iki komanda qol vurub.
01.10.2022 |
Turan Tovuz - Zirə |
1:3 |
04.12.2022 |
Zirə - Turan Tovuz |
2:1 |
24.02.2023 |
Turan Tovuz - Zirə |
0:2 |
01.05.2023 |
Zirə - Turan Tovuz |
1:3 |
06.10.2023 |
Zirə - Turan Tovuz |
2:1 |
16.12.2023 |
Turan Tovuz - Zirə |
1:0 |
02.03.2024 |
Zirə - Turan Tovuz |
1:1 |
05.05.2024 |
Turan Tovuz - Zirə |
1:2 |
06.10.2024 |
Turan Tovuz - Zirə |
1:0 |
Qeyd edək ki, “Zirə” – “Turan Tovuz” oyunu bu gün saat 16:00-da başlayacaq.
İdman.biz