“Valensiya”da tərəddüd

Xəbərlər
14 Dekabr 2024 14:01
94
“Valensiya”da tərəddüd

“Valensiya” baş məşqçisi Ruben Baraxanın istefasını nəzərdən keçirir.

İdman.biz xəbər verir ki, ardıcıl üç oyunda uduzan komanda dünən “Valyadolid”ə 0:1 hesabı ilə məğlub olub.

15 turdan sonra 10 xalla La Liqanın turnir cədvəlində sonuncu olan “yarasalar” mütəxəssisdən narazıdır. Amma onunla yayda uzadılan müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Klub rəhbərliyi 5 milyon avro kompensasiya ödəməli olduğundan istefa ilə bağlı tərəddüd içindədir.

Qeyd edək ki, Baraxa ilə bağlı yekun qərarı klubun sahibi Piter Lim verməlidir.

İdman.biz

Məqalədə: