Mbappe "Real"ın Milad tədbirində iştirak etməyib - SƏBƏB - FOTO

Xəbərlər
14 Dekabr 2024 15:14
160
Mbappe "Real"ın Milad tədbirində iştirak etməyib - SƏBƏB - FOTO

"Real Madrid"in futbol və basketbol üzrə kişi, qadın komandaları "Ciudad Real Madrid" pavilyonunda keçirilən Milad naharında bir araya gəliblər.

İdman.biz xəbər verir ki, klubun fəxri prezidenti Xose Martinez Pirri və İdarə Heyətinin bir neçə üzvünün də iştirak etdiyi tədbirə Florentino Peres rəhbərlik edib.

"Real"ın fransalı futbolçusu Kilian Mbappe qripə yoluxduğu üçün Milad toplantısında iştirak edə bilməyib.

İdman.biz