Futbol veteranı Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq.
İdman.biz xəbər verir ki, Gürcüstan millisinin sabiq futbolçusu seçkilərdə qalib gəlib.
O, 300 seçicidən 224 səs toplayıb. Bu rəqəmləri Gürcüstan Mərkəzi Seçki Komissiyası açıqlayıb. Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.
Qeyd edək ki, karyerası ərzində Tbilisi “Dinamo”sunda 6 dəfə Gürcüstan, həmyerlimiz Nazim Süleymanovla birlikdə “Alaniya”da 1 dəfə Rusiya, “Qrasshoppers”lə 1 dəfə İsveçrə çempionu olan sabiq hücumçu “Mançester Siti”nin də formasını geyinib. Gürcüstan millisində 46 oyunda 9 qola imza atan Mixail futbolçu karyerasını 2006-cı ildə yekunlaşdırıb.
İdman.biz