"Nəticə daha çox heç-heçəyə oxşayırdı. Biz künc zərbəsindən qol vurduq. Bu, ruh yüksəkliyi üçün çox vacib qələbə idi".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Araz-Naxçıvan"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 17-ci turunda səfərdə qazanılan qələbədən sonra məşqlərdə dəyişikliklər etdiyini bildirib: "Hələ ki, biz işə yanaşmanı dəyişmişik. Məşqlərdə intensivliyi artırmışıq. Daha böyük işlərimiz qarşıdadır. Murad Musayevlə biz daha çox "Sabah"ı və "Krasnodar"ı müzakirə etdik. Məşq proseslərindən, Azərbaycanda və Rusiyada futbolçuların işə yanaşmasından danışdıq. Qışda biz Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Niderlandda işləmişəm, orada da hazırlıq dönəmi qısa vaxt olurdu. İki həftə hazırlaşacağıq".
Qeyd edək ki, "Sabah" "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib.
İdman.biz