Elmar Baxşıyevın narazılığı: "Üstün oynayırsan, amma uduzursan"

Xəbərlər
14 Dekabr 2024 19:35
64
Elmar Baxşıyevın narazılığı: "Üstün oynayırsan, amma uduzursan"

"Komandamız, oyunçularımız möhkəmdir. Məğlubiyyətlər olacaq. Futbolçularıma inanıram. İnanıram ki, onlar ən yaxşısını edəcəklər".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Sabah"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrbəli mütəxəssis Misli Premyer Liqasının 17-ci turunda öz meydanında qeydə alınan 0:1 hesablı məğlubiyyəti şərh edib: "Maraqlı oyunun şahidi olduq. Oyunun tempi, dinamikası yaxşı idi. Hər iki komanda ən yaxşısını etməyə çalışırdı. Oyunumuzdan məmnunam. Komanda istədiyim futbolu verməyə çalışırdı. Futbolda bəzən belə də olur. Üstün oynayırsan, amma uduzursan. Yolumuza davam edirik. Bu matçı unudacağıq".

Baxşıyev hakimin birinci hissədə verdiyi qərara da münasibət bildirib: "Hakimin üzərinə yüklənməyək. Mən birinci hissədəki epizodu penalti gördüm. Mənə görə penaltidir. Amma hakim dedi ki, yüngül müdaxilədir. Bir az fərqlidir. Düşünürəm ki, Hakimlər Komitəsi ilə görüş olanda, yüngül və sərt toxunuşları bizə başa salacaqlar. İkili mübarizəli oyunun şahidi olduq. Hər iki komanda meydançada mübarizə aparırdı. Oyun da göstərirdi ki, qol vuran komanda qalib gələcək. Şanssızlıq deməzdim. Futbolda bu qaçılmazdır. Heç kəs epizodlardan sığortalanmayıb. Düşünürəm ki, daha artığını etməliyik ki, bu epizodları dəyərləndirək".

Qeyd edək ki, "Araz-Naxçıvan" 15 oyundan sonra məğlubiyyət acısı yaşayıb.

İdman.biz