"Araz-Naxçıvan" yubilyarı mükafatlandırıb

Xəbərlər
14 Dekabr 2024 20:16
119
"Araz-Naxçıvan" yubilyarı mükafatlandırıb

"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 300 oyun keçirən Slavik Alxasovu mükafatlandırıb.

İdman.biz xəbər verir ki, 31 yaşlı futbolçuya klubun 300 nömrəli forması təqdim olunub.

Hədiyyəni “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Vüqar Abbasov təqdim edib.

Qeyd edək ki, Slavik yubiley matçnı 16-cı turda “Səbail”ə qarşı keçirib.

İdman.biz