Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında 3-cü turdan təxirə salınmış oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun komandası səfərdə "Slask"ın qonağı olub.
Son 3 matçda cəmi 1 xal qazanan "Radomyak" uğursuz seriyaya son qoyub. Məmmədovun komandası hesabda geri düşsə də, 2:1 hesabı ilə qələbə qazanıb. Zədəli Rahil bu görüşdə də meydana çıxmayıb.
Radom təmsilçisi 20 xalla 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Polşa çempionatında qış fasiləsi start götürüb, "Radomyak" növbəti oyununu fevralın 2-də keçirəcək.
İdman.biz