Premyer Liqada İLK

Xəbərlər
16 Dekabr 2024 09:04
210
Premyer Liqada İLK

İngiltərə Premyer Liqasında ilk dəfə son çempion 88-ci dəqiqəyə qədər öndə olduğu matçda uduzub.

İdman.biz xəbər verir ki, bu uğursuzluğu “Mançester Siti” yaşayıb.

Ötən mövsümün çempionu XVI turun “Mançester Yunayted”lə qarşılaşmasında üzülüb. Sona 2 dəqiqə qalmış 1:0 hesabı ilə öndə olan Pep Qvardiolanın yetirmələri yekunda məğlub olublar – 1:2.

Qeyd edək ki, “Mançester Siti” hazırda turnir cədvəlində 5-cidir.

İdman.biz