II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Hypers Guba”nın futbolçusu Cavid İmamverdiyev mükafatlandırılıb.
İdman.biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Noyabrın ən yaxşı qolunun müəllifinə mükafatları XIII turun "Şimal" - "Hypers Guba" oyunundan əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.
İdman.biz