“Bavariya” Noyerlə razılığa gəlib

Xəbərlər
17 Dekabr 2024 13:21
145
“Bavariya” Noyerlə razılığa gəlib

“Bavariya” qapıçısı Manuel Noyerlə yeni müqavilənin şərtlərini razılaşdırıb.

İdman.biz xəbər verir ki, Almaniya klubu 38 yaşlı veteranla 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalayacaq.

Müqavilənin bütün detallarında razılıq əldə olunub. Tərəflər yaxın günlərdə bunu rəsmiləşdirəcəklər.

Qeyd edək ki, hazırda zədəli olan Noyer bir müddətdir meydanlardan kənar qalıb.

İdman.biz