Azərbaycan yığmasının baş məşqçisi və kapitanı FIFA-nın seçimində kimə səs verib?

Xəbərlər
17 Dekabr 2024 23:42
257
Azərbaycan yığmasının baş məşqçisi və kapitanı FIFA-nın seçimində kimə səs verib?

FIFA dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasını səsvermədə baş məşqçi Fernandu Santuş və kapitan Bədavi Hüseynov təmsil edib.

Bədavi qalibi düzgün seçib. O, səsvermə zamanı Vinisiusun adını ilk pillədə çəkib. Portuqaliyalı mütəxəssis braziliyalı futbolçuya 2-ci sırada yer verib. Fernandu Santuş Lamin Yamalı ilin ən yaxşısı kimi dəyərləndirib.

Bədavi Hüseynov (Azərbaycan yığmasının kapitanı):
1. Vinisius Junior
2. Rodri
3. Dani Karvahal

Fernandu Santuş (Azərbaycan yığmasının baş məşqçisi)
1. Lamin Yamal
2. Vinisius Junior
3. Rodri

İdman.biz