Suriyanın ən böyük stadionunda yanğın olub – VİDEO

Xəbərlər
19 Dekabr 2024 11:22
192
Suriyanın ən böyük stadionunda yanğın olub – VİDEO

Suriyanın Hələb şəhərində ölkənin ən böyük stadionunda yanğın baş verib.

İdman.biz xəbər verir ki, hələlik yanğının səbəbləri rəsmi açıqlanmayıb.

Hadisənin naməlum şəxslər tərəfindən törədildiyi bildirilir. Böyük zərər görən Hələb "Beynəlxalq Stadion"unda yanğının qarşısını almaq mümkün olub.

Qeyd edək ki, adıçəkilən arena 75 min tamaşaçı tutumuna malikdir və 2007-ci ildə istifadəyə verilib. Açılış oyununda yerli “Əl-İttihad” və Türkiyənin "Fənərbağça" komandaları qarşılaşıb (2:2). Stadionda futbol matçları ilə yanaşı, digər turnirlər, xüsusilə də atletika yarışları keçirilirdi.

İdman.biz