II Liqada qolu sınan “Şəmkir”in futbolçusu Ümid Nağdəliyevin son durumu bəlli olub.
İdman.biz-in əldə etdiyi məlumata görə, yarımmüdafiəçi 4 həftəyədək meydandan kənar qalacaq.
Klubun baş məşqçisi Vüqar Nadirovun sözlərinə görə, Nağdəliyevin qolu bilək hissəsindən sınıb və ilkin yardımdan sonra həmin hissə gipsə qoyulub.
Qeyd edək ki, Ümid Nağdəliyev “Lerik”ə qarşı 13-cü turun oyununda zədələnib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.biz