İspaniyanın “Sevilya” klubu “Qarabağ”ın forvardı Olavio Juninyonun keçidini tamamlamağa yaxındır.
İdman.biz xəbər verir ki, bu barədə İspaniyanın “Ficherio.com” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, "sambaçı" ilə razılıq əldə olunub və transferin tamamlanması üçün “Qarabağ”ın “hə” deməsi gözlənilir.
Mənbənin məlumatına görə, Olavio üçün Ağdam klubuna veriləcək məbləğ də bəllidir. Əvvəlcə Əndəlüs təmsilçiləri bu keçid üçün 2 milyon avro xərcləmək istəsə də, Azərbaycan çempionu bunu qəbul etməyib. La Liqa klubu keçidin reallaşması üçün 3+1 milyon avro ödəyəcək.
İdman.biz