Əmrah Çəlikəl: "Qurban Qurbanov "Qarabağ"dan ayrılmaq istəmədi"

Xəbərlər
19 Dekabr 2024 22:19
147
Əmrah Çəlikəl: "Qurban Qurbanov "Qarabağ"dan ayrılmaq istəmədi"

"Türkiyə klubları baş məşqçimizlə görüşmək istəsə də, Qurban Qurbanov "Qarabağ"dan ayrılmaq istəmədi".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin "beIN SPORTS" kanalına müsahibəsində deyib.

O, Qurban Qurbanovun Ağdam klubuna bağlı olduğunu bildirib: "Qarabağ"ın mənəvi əhəmiyyəti var və baş məşqçimiz Vətəninə, bayrağına çox bağlı insandır. 2008-ci ildən Qurbanovla birlikdə fəaliyyət göstəririk, amma heç vaxt yollarımızı ayırmaq fikri meydana çıxmayıb. Biz də sonradan eşitdik ki, Avropa klubları da onunla görüşmək istəyib, amma məşqçimizin cavabı eyni olub".

İdman.biz