"Qarabağ"ın direktoru təsdiqləyib: "Sevilyadan rəsmi təklif almışıq"

Xəbərlər
20 Dekabr 2024 01:04
148
"Qarabağ"ın direktoru təsdiqləyib: "Sevilyadan rəsmi təklif almışıq"

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl "Sevilya"nın Juninyo Olavioya rəsmi təklif verdiyini təsdiqləyib.

İdman.biz xəbər verir ki, o, bu barədə Türkiyə mətbuatına müsahibəsində deyib.

Çəlikəl Ağdam klubunun braziliyalı forvardla bağlı qardaş ölkədən hər hansı təklif almadıqlarını da etiraf edib: "Rəqəmlə bağlı fikir bildirməyəcəm, amma "Sevilya"dan rəsmi təklif almışıq. Bu həftə görüş olsa da, ilkin mərhələdə razılıq əldə edilmədi. Danışıqların davam edəcəyini düşünürəm. Juninyo burada xoşbəxtdir. Qış transferi dövründə onun kimi futbolçu tapmaq çətindir. "Sevilya"nın niyyəti ciddi olduğu qədər "Qarabağ"ın öz vəziyyətini də düşünürük. Juninyonun adı türk klubları ilə çəkilsə də, rəsmi təklif olmayıb. Ola bilər futbolçunun meneceri ilə görüşüblər".

Qeyd edək ki, İspaniya mətbuatında "Sevilya"nın braziliyalı hücumçuya görə "Qarabağ"a 2 milyon avro təklif etdiyi xəbərləri yayılıb.

İdman.biz