Avropa Liqaları Birləşmiş Liqaya qarşıdır

Xəbərlər
20 Dekabr 2024 10:38
216
Avropa Liqaları Birləşmiş Liqaya qarşıdır

Avropa Liqaları (EL) keçmiş Super Liqa ideyasının başqa formada meydana atılması ideyasına qarşıdır.

İdman.biz xəbər verir ki, Avropanın milli liqalarını birləşdirən qurum "A22 Sports Management" şirkətinin Birləşmiş Liqa yaratmaq təklifi ilə bağlı rəsmi saytında açıqlama verib.

Bəyanatda deyilir:
“Avropa Liqaları A22-nin bu həftə verdiyi bəyanatı nəzərə alır və təşkilatımızla məsləhətləşmələrin aparıldığına dair hər hansı ehtimalı rədd edir.

A22-nin təklif etdiyi yarış modeli təqvimdə onsuz da həddən artıq çox olan oyunların sayını artıracaq. Beynəlxalq matçlara yer açmaq üçün milli çempionatlarda klubların sayının azaldılması EL və onun üzvləri üçün heç vaxt məqbul variant ola bilməz.

Buna görə də EL və FIFPRO Avropa Komissiyasından Beynəlxalq Oyun Təqvimi (IMC) ilə bağlı heç bir qərarın milli liqalar və futbolçuların həmkarlar ittifaqlarının rəsmi razılığı olmadan qəbul edilməməsini təmin etməyi xahiş edib. Biz yerli və beynəlxalq futbolun bir-birini tamamlaması və aralarında davamlı tarazlığı qorumaq üçün bütün maraqlı tərəflərlə işləməyə davam edəcəyik”.

Qeyd edək ki, bugünlərdə "A22 Sports Management" 55 ölkədən 96 komandanın pilləli sistemdə iştirak edəcəyi yeni Avropa turnirinin rəsmi tanınması üçün FIFA və UEFA-ya müraciət etdiyini açıqlayıb.

İdman.biz

Məqalədə: