Mövsümün yeni REKORDU

Xəbərlər
20 Dekabr 2024 12:53
127
Mövsümün yeni REKORDU

Minifutbol üzrə Azərbaycan çempionatında mövsümün yeni rekordu qeydə alınıb.

İdman.biz xəbər verir ki, bu, XI turda yaşanıb.

Çempionatın autsayderi “Şamaxı” ilə üz-üzə gələn “Zirə” 16:2 hesablı qələbə qazanıb. Bakı klubu bir oyunda ən çox qol vuran komanda adına yiyələnib.

Bunadək rekord “Birbaşa Bakı”ya məxsus idi. Yarışın lideri “Atəşgah Suraxanı”nı 15:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, mövsümün arxada qalan hissəsində 77 matç keçirilib.

İdman.biz