PSJ millimizin rəqibinin futbolçusunu istəyir

Xəbərlər
20 Dekabr 2024 14:54
115
PSJ millimizin rəqibinin futbolçusunu istəyir

Azərbaycan millisinin DÇ-2026 qrup seçmə mərhələsində rəqibi olan Ukraynanın futbolçusu İlya Zabarni Fransanın PSJ klubunun diqqət mərkəzinə düşüb.

İdman.biz xəbər verir ki, bu barədə ölkənin nüfuzlu "Lequip" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “Bornmut”un futbolçusunun paytaxt klubuna keçidini çətinləşdirə biləcək bir məqam var. O da komandanın rusiyalı qapıçısı Matvey Safonovdur. Futbolçuların birlikdə oynamaqla bağlı şəxsi mövqeləri məlum deyil.

Qeyd edək ki, İlya Zabarninin ”Bornmut”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarktın məlumatına görə, İlyanın təxmini bazar dəyəri 38 milyon avrodur.

İdman.biz

Məqalədə: