"Turan Tovuz"dan qışın ilk transferi

Xəbərlər
20 Dekabr 2024 15:46
189
"Turan Tovuz"dan qışın ilk transferi

“Turan Tovuz” heyətini Rusiyanın “Dinamo” (Mahaçqala) klubunda çıxış edən Anton Kraçkovski ilə gücləndirir.

İdman.biz Sportnet.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi 22 yaşlı futbolçunun keçidi ilə bağlı Mahaçqala klubu ilə razılığa gəlib.

Baş məşqçi Qurban Berdiyevin istəyi ilə transfer edilən rusiyalı oyunçu komandaya icarə əsasında qoşulacaq.

Qeyd edək ki, Anton Kraçkovski “Dinamo”ya da 2023-cü ildə məhz Berdiyevin istəyi ilə Qazaxıstanın “Kayrat” komandasından cəlb edilmişdi. Futbolçu bu mövsüm Rusiya Premyer Liqasında 7 matçda forma geyinib.

İdman.biz