Türkiyədə top qovan azərbaycanlı futbolçular Renat Dadaşov, Həsən Nəzərli (“Ankaragücü”) və Vüsal İsgəndərlinin (“Boluspor”) Türkiyə kubokunun qrup mərhələsində rəqibləri müəyyənləşib.
İdman.biz xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Ankaragücü” A qrupunda yer alacaq.
Paytaxt təmsilçisinin rəqibləri “Trabzonspor”, “Alanyaspor”, “Çaykur Rizespor”, “Karagümrük” və “İskenderunspor” olacaq.
“Boluspor” isə C qrupunda “Qalatasaray”, “Başakşəhər”, “Konyaspor”, “Eyüpspor” və “Çorum”la üz-üzə gələcək. B qrupunda “Fənərbağça”, “Kasımpaşa”, “Qaziantep”, Göztəpə”, “İstanbulspor” və “Erzurumspor” mübarizə aparacaq. D qrupunda isə “Beşiktaş”, “Sivasspor”, “Antalyaspor”, “Bodrum”, “Kocaelispor” və “Kırklarelispor” yer alacaq.
Yeni reqlamentə əsasən, 6 komandadan ibarət olan qruplarda hər klub 3 oyun keçirəcək. Renat Dadaşovun komandası “İskenderunspor”, “Çaykur Rizespor” və “Alanyaspor”la qarşılaşacaq. Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” isə “Qalatasaray”, “Eyüpspor” və “Çorum”la münasibətlərə aydınlıq gətirəcək.
İdman.biz