Ançelotti 4-cü dəfə dünyanın ən yaxşısı seçilib

Xəbərlər
21 Dekabr 2024 09:08
65
Ançelotti 4-cü dəfə dünyanın ən yaxşısı seçilib

Dünyanın ən yaxşı klub məşqçiləri bəlli olub.

İdman.biz xəbər verir ki, bu, İFFHS-in nümayəndələri arasında keçirdiyi səsvermə ilə müəyyənləşib.

“Real”ın baş məşqçisi Karlo Ançelotti 2024-cü ilin ən yaxşısı seçilib. İtaliyalı mütəxəssis 268 xal toplayıb.

“Bayer”in ispan çalışdırıcısı Xabi Alonso 104 xalla ikinci olub. Onun “Mançester Siti”də çalışan həmyerlisi Pep Qvardiola 88 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, 2007-ci ildə “Milan”, 2014-cü və 2022-ci illərdə “Real”da bu mükafatı qazanan Ançelotti 4-cü dəfə dünyanın ən yaxşısı olub.

İdman.biz