Mark Kukurella: "Uşaq vaxtı saçıma görə məni qıza oxşadırdılar"

Xəbərlər
22 Dekabr 2024 11:21
42
Mark Kukurella: "Uşaq vaxtı saçıma görə məni qıza oxşadırdılar"

İspaniya millisinin futbolçusu Mark Kukurella uşaqlıqdan gur qıvrım saçlara malik olduğunu etiraf edib.

İdman.biz xəbər verir ki, "Çelsi"nin 26 yaşlı ispaniyalı müdafiəçisi məşhur saç düzümü barədə danışıb.

O, əlavə edib ki, qardaşının da saçları uzun olub, ona görə də uşaqlıqda onları tez-tez qızlarla səhv salıblar.

“Uşaq vaxtı hamının saç düzümü adətən eyni olur, amma insanlar futbol meydanında oyunumuza baxmağa gələndə saçlarımdan məni tanımaq həmişə daha asan idi. Onda hələ məni qızlarla da səhv salırdılar. Uzun saçı olan qardaşımla mənə deyirdilər: “Bax, necə gözəl qızlardır”, - deyə "Marca" Kukurelladan sitat gətirir.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Kukurella 2022-ci ildən "Çelsi"də çıxış edir və 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionu olub.

İdman.biz