Premyer Liqa klubu müqaviləni uzatmayıb – Dördüncü ayrılıq

Xəbərlər
21 Dekabr 2024 12:13
134
Premyer Liqa klubu müqaviləni uzatmayıb – Dördüncü ayrılıq

Son 1 ayda "Şamaxı"nı tərk edən futbolçuların sayı 4-ə çatıb.

İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqa klubu Ramin Əhmədovla yollarını ayırıb.

"Şamaxı" “Zirə”dən gəlmiş 23 yaşlı yarımmüdafiəçinin müqaviləsini uzatmayıb

Ramin Əhmədov 2023-cü ilin fevral ayından bölgə klubunda idi. O, bu mövsüm komandanın heyətində Premyer Liqada 2, ölkə kubokunda isə 1 matçda iştirak edib.

Ötən mövsüm I Liqada çempion olmuş Əhmədov son 6 ayda əsasən əvəzedici heyətdə forma geyinib.

İdman.biz