Rusiya “Dinamo”sunun (Mahaçqala) baş direktoru Şamil Qazizov qış təlim-məşq toplanışı zamanı Azərbaycan klubunun da aralarında olacağı yoldaşlıq oyunlarının təqvimindən danışıb.
İdman biz Sportal.az-a istinadən xəbər verir ki, klub rəsmisi rəqibin adını açıqlamasa da, Kurban Berdiyev faktoruna görə böyük ehtimalla söhbət "Turan Tovuz"dan gedir:
"Bütün rəqibləri müəyyənləşdirmişik, toplanışda bizi doqquz oyun gözləyir. Rəqiblər hansı ölkələri təmsil edirlər? Onlar Rusiya, Qazaxıstan və Azərbaycan klublarıdır. Səhv etmirəmsə, Serbiya komandası ilə də oynayacağıq”.
Qeyd edək ki, ötən mövsüm Mahaçqala klubunun baş məşqçisi “Turan-Tovuz”un hazırkı çalışdırıcısı Kurban Berdiyev olub.
İdman biz